"REAL" ardıcıl 3-cü dəfə FİNALDA(VİDEO)

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
AzerTaym xəbər verir ki, son iki mövsümün qalibi "Real" ardıcıl 3-cü dəfə finala çıxıb.
Səfərdə "Bavariya"nı 2:1 hesabı ilə yenən "Kral Klubu" evdə 2:2 hesablı heç-heçəyə razılaşıb. "Real"ın heyətində Kərim Benzema dubl edib. "Bavariya"nın qollarına Coşua Kimmix və Xames Rodriges imza atıb.
Qeyd edək ki, yarımfinalın digər matçı bu gün "Roma" və "Liverpul" arasında keçiriləcək. İlk oyunda ingilislər 5:2 hesablı qələbə qazanıb.






Fikirlər