Əsas Səhifə > İdman > Fatih Terim TRT-nin sualına cavab vermədi

Fatih Terim TRT-nin sualına cavab vermədi


22-06-2016, 10:45

Futbol üzrə Türkiyə Milli Komandasının baş məşqçisi Fatih Terim ötən gün “Euro 2016” Avropa çempionatı çərçivəsində keçirilən Çexiya ilə oyundan sonra mətbuat konfransında TRT telekanalının suallarını cavablandırmayıb.

 AzerTaym.az Publika.az -a istinadən xəbər verir ki, baş məşqçinin bu hərəkəti Fransada keçirilən Avropa çempionatı başlayandan bəri TRT telekanalında onun tənqid və təhqir olunması ilə bağlı olub.

 Baş məşqçi canlı yayımlanan mətbuat konfransı zamanı digər jurnalistlərin suallarını cavablandırsa da, TRT-nin əməkdaşının sualına cavab verməkdən imtina edərək zalı tərk edib.

 Fatih Terimin bu hərəkətinə TRT-nin ilk cavabı da canlı yayımdan gəlib. TRT-nin teleaparıcısı Erdoğan Arıkan canlı yayım zamanı deyib ki, Fatih Terimin danışmaq istəməməsi onun şəxsi istəyidir: “Fatih hocamız nədənsə bizə danışmaq istəmədi. Biz buna hörmətlə yanaşırıq. Ancaq Fatih bəy bilməlidir ki, biz TRT olaraq vasitəçiyik. Fatih hoca sabah oyanandan sonra arada olan incikliyi unudacaq. Eyni bizim unutduğumuz kimi. Sabahdan etibarən əl-ələ verəcəyimizə inanıram”.

 Xatırladaq ki, Fransada futbol üzrə Avropa Çempionatı başlyandan bəri Türkiyənin qrupda zəif oyun nümayiş etdirərək, Xorvatiya və İspaniya komandalarına uduzmasına görə Fatih Terim Türkiyə mediası, o cümlədən TRT telekanalı tərəfindən ciddi tənqid olunurdu.

 

 


Geri qayıt