Əsas Səhifə > İdman > 2 idmançımız qızıl

2 idmançımız qızıl


3-07-2016, 09:12

“2 idmançımız qızıl medal qazandı

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri beynəlxalq turniri davam edir.

Qafqazinfo” xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığmasının üzvü 97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baranı 5:0 hesabı ilə yenib və qızıl medal qazanıb.

Komandaya ikinci qızıl medalı Rafiq Hüseynov (75 kq) qazandırıb. O, Rusiya təmsilçisi Çingiz Labazanovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 


Geri qayıt