Əsas Səhifə > İdman, Slayd > Azərbaycanlı cüdoçu Qran Pri yarışında bürünc medal uğrunda
Azərbaycanlı cüdoçu Qran Pri yarışında bürünc medal uğrunda8-04-2017, 16:27 |
Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran Pri yarışı davam edir. “Report”un məlumatına görə, 100 min dollar mükafat fonduna malik turnirin ikinci günündə Azərbaycan milli komandasının daha 3 üzvü mübarizəyə qoşulub. Onlardan Gülsədəf Kərimova (63 kq) ilk görüşdə uduzub. Hüseyn Rəhimli (73) isə Hyunsu Parka (Cənubi Koreya) qalib gəlsə də, 1/8 finalda Rok Draksiçə (Slovakiya) yenilərək, medal əldə etmək şansını itirib. Hidayət Heydərov (73 kq) isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. İlk görüşdə Laşa Lomidzeyə (Rusiya) qalib gəlib, 1/4 finalda Hasan Vanlıoğluna (Türkiyə) uduzan cüdoçu, təsəlliverici görüşdə Xadbatar Naranxunu (Monqolustan) üstələyib. H.Heydərov “bürünc” uğrunda kosovalı Akil Qjakova ilə güləşəcək. Qeyd edək ki, ilk yarış günündə tatami üzərinə çıxan 7 cüdoçudan yalnız biri mükafatçılar sırasına düşməyi bacarıb. 52 kq çəki dərəcəsində yer alan Nəzakət Əzizova bürünc medala sahib olub. AzerTaym.az Geri qayıt |