Əsas Səhifə > İdman > UEFA "Qarabağ" və
UEFA "Qarabağ" və27-10-2017, 16:30 |
UEFA 2016/2017-ci il mövsümündə Avropa Liqası turnirində əldə olunmuş əlavə gəlirdən "Qarabağ" və "Qəbələ" klublarına vəsait ayırıb. AFFA-dan AzərTaym.az-a verilən məlumata görə, bu klublar müvafiq olaraq, 294 452 avro və 294 344 avro qazanıblar. Vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb. Qeyd edək ki, hər iki klub ötən mövsüm Avroliqanın qrup mərhələsində mübarizə aparıb. Geri qayıt |