Əsas Səhifə > İdman > Çempionlar Liqasında daha 8 oyun
Çempionlar Liqasında daha 8 oyun11-12-2013, 14:16 |
Bu gün UEFA Çempionlar Liqasında digər qrupların (E, F, G və H) sonuncu turun oyunlarına yekun vurulacaq. Maraqla gözlənilən oyunlardan F qrupunda qarşılaşan “Arsenal”-“Napoli” və “Marsel”-“Barussiya D” duelidir. “Napoli” və “Barussiya D” komandalarının aktivində 9 xal olduğundan onların oyunları maraqla gözlənilir. Digər qrupda maraq kəsb edən oyunlardan E qrupunda oynanılan “Şalke”-“Bazel” qarşılaşmasıdır. “Çelsi”-“Styuau”ya qalib gələcəyi halda növbəti tura vəsiqə əldə edəcək. “Şalke” və “Bazel”in taleyi öz əllərindədir. Azertaym.az bu axşamkı qarşılaşmaları sizlərə təqdim edir: E qrupu: “Çelsi”-“Styuau” “Şalke”-“Bazel” F qrupu: “Arsenal”-“Napoli” “Marsel”-“Borussiya D” G qrupu: “Atletiko Madrid”-“Portu” “Avstriya Vyana”-“Zenit” H qrupu: “Barselona”-“Seltik” “Milan”-“Ayaks” Xatırladaq ki, baş tutacaq bütün oyunlar Bakı vaxtı ilə 23:45-də keçiriləcək. Geri qayıt |