Əsas Səhifə > İdman > Azərbaycan MİLLİSİNİN ÜZVÜ idmandan uzaqlaşdırıldı

Azərbaycan MİLLİSİNİN ÜZVÜ idmandan uzaqlaşdırıldı


21-02-2018, 16:42

Azərbaycan millisinin üzvü idmandan uzaqlaşdırıldı - ŞOK SƏBƏB

Yüngül atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyevaya dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

AzerTaym.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytı məlumat yayıb.

İdmançı 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.

23 yaşlı ateltdən alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində furosemid aşkarlanıb.

Yekaterina Sarıyeva üçtəkanla tullanmada III İslam Həmrəyliyi Oyunlarında qızıl, IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın daha 5 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.


Geri qayıt