Əsas Səhifə > İdman > AVROPA LİQASININ QALİBİ
AVROPA LİQASININ QALİBİ17-05-2018, 08:45 |
Avropa Liqasında final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşib. Lion şəhərində baş tutan həlledici görüşdə Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su üz-üzə gəlib. Görüş ispanların asan qələbəsi ilə yekunlaşıb. Madrid klubu 3 cavabsız qolla kuboka sahib olub. UEFA Avropa Liqası Final 16 may “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) – 0:3 Qollar: Qrizman, 21, 49, Qabi, 89 Baş hakim: Byörn Kuypers (Hollandiya) Lion, “Park Olimpik Lion” “Atletiko”: Yan Oblak, Dieqo Qodin, Koke, Antuan Qrizmann, Saul Nigyez, Anhel Korrea, Qabi (k), Vrsaljko, Dieqo Kosta, Lukas, Ximenes “Marsel”: Mandanda, Okampos, Sanson, Dmitri Payet (k), Sarr, Amavi, Luis Qustavo, Rami, Toven, Jermen, Angissa
Geri qayıt |