Əsas Səhifə > İdman > MESSİ milli karyerasını başa vuracaq?
MESSİ milli karyerasını başa vuracaq?11-06-2018, 12:08 |
Argentina millisinin ulduzu Lionel Messi dünya çempionatından sonra yığma karyerasını başa vura biləcəyi haqda açıqlama verib. AzerTaym.az xəbər verir ki, bu qərar "tanqoçular"ın mundialdakı çıxışında asılı olacaq: "Nə olacağını bilmirəm. Yarışdakı çıxışdan çox şey asılı olacaq. 2014-cü ildə finalda uduzduq. Kopa Amerika turnirinin də iki həlledici görüşündə məğlub olduq. Milli komandanın uğurları Argentina mətbuatına kifayət etmir. Üç dəfə finalda uduzmağımız bir gerçəkdir. Ancaq 3 həlledici oyuna vəsiqə qazanmaq da asan deyil və buna görə minnətdar olmaq lazımdır. Yaxşı futbolçularmız var. Turnirdə digər komandalarda da yaxşı oyunçular var. Heç bir rəqibdən çəkinmirik". Geri qayıt |