Əsas Səhifə > İdman, Slayd > İLK SENSASİYA: Son dünya çempionu

İLK SENSASİYA: Son dünya çempionu


17-06-2018, 22:09

İLK SENSASİYA: Son dünya çempionu Meksikaya məğlub oldu

Rusiyadakı futbol üzrə dünya çempionatında F qrupunun ilk oyunu keçirilib.

Publika.az xəbər verir ki, son dünya çempionu Almaniya Meksika ilə qarşılaşıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən görüş Meksikanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 35-ci dəqiqədə İrvinq Lozano vurub.

Qrupda ilk turun digər oyunu iyunun 18-də İsveç və Cənubi Koreya yığmaları arasında keçiriləcək.

  

 


Geri qayıt