Əsas Səhifə > İdman, Slayd, Son xəbərlər > Həbibin atası Makqreqoru Dağıstana

Həbibin atası Makqreqoru Dağıstana


19-10-2018, 20:48

Həbibin atası Makqreqoru Dağıstana dəvət etdi

7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışlarında İrlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun atası Əbdülmanap Nurməhəmmədova növbəti açıqlaması ilə gündəmə gəlib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, döyüşdən öncə təhqiramiz ifadələr işlədən Makqreqoru artıq bağışladığını bildirib:

“Hər şeyi bağışlayıram. Mərhəmətli olmalıyam”.

Əbdülmanap Nurməhəmmədov Makqreqoru 15 dekabrda Dağıstanın Kaspiysk şəhərində keçiriləcək turnirə də dəvət edib.

 

 


Geri qayıt