Əsas Səhifə > İdman > “LİVERPUL” SON dəqiqə qolu ilə

“LİVERPUL” SON dəqiqə qolu ilə


3-12-2018, 07:04

“Liverpul” son dəqiqə qolu ilə qələbə qazandı

İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub.

Turun son oyununda “Liverpul” və “Everton” klubları üz-üzə gəliblər. Mersisayd derbisinin taleyini 1 qol həll edib.

“Liverpul”un heyətində Divok Oricinin 90+6-cı dəqiqədə vurduğu qol meydan sahiblərinə vacib qələbə qazandırıb. Bu nəticədən sonra xallarının sayını 36-ya yüksəldən “Liverpul” 2-ci pillədəki yerini qoruyub.

Qeyd edək ki, turnir cədvəlinə 38 xalla “Mançester Siti” başçılıq edir.


Geri qayıt