Əsas Səhifə > İdman > Zabit Səmədov rusiyalı rəqibini

Zabit Səmədov rusiyalı rəqibini


3-12-2018, 12:12

Zabit Səmədov rusiyalı rəqibini nokauta saldı (VİDEO)

Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirib.
Oxu.az xəbər verir ki, "Axmat” Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər – "Mauqli” ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.
Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.
 

Geri qayıt