Əsas Səhifə > İdman > Çempionlar Liqası matçının

Çempionlar Liqası matçının


5-12-2018, 05:45

Çempionlar Liqası matçının yeri dəyişdirildi

Ukraynanın "Şaxtyor" və Fransanın "Lion" komandaları arasındakı Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçının məkanı dəyişdirilib.

Report xəbər verir ki, əvvəlcədən Xarkovda keçirilməsi nəzərdə tutulan qarşılaşma Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq.

Səbəb kimi ölkənin bəzi regionlarında tətbiq edilən hərbi vəziyyət göstərilib.

Qeyd edək ki, "Lion" bu qarşılaşmanın yerinin dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi. Qurum daha öncə eyni səbəbdən "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin - Ukrayna "Vorskla"sı və İngiltərə Arsenal"ının matçını Poltavadan Kiyevə dəyişib. “Şaxtyor” Donetski təmsil etsə də, hərbi vəziyyətlə əlaqədar ev oyunlarını Xarkovda “Metallist” stadionunda keçirir.


Geri qayıt