Əsas Səhifə > İdman > “Mançester Yunayted” “Arsenal”la

“Mançester Yunayted” “Arsenal”la


6-12-2018, 06:50

İngiltərə Premyer Liqasının “Mançester Yunayted” – “Arsenal” oyunu böyük marağa səbəb olub.

Oxu.Az xəbər verir ki, oyun “sülh”lə bitib - 2:2.

Oyunun 26-cı dəqiqəsində Torreyranın cərimə meydançasına hava ötürməsindən sonra top yerə dəyib və nəzarətsiz qalan Mustafi başla vurduğu zərbə ilə hesabı açıb.

Lakin cəmi dörd dəqiqə sonra azarkeşlər daha bir qola tamaşa ediblər. “Arsenal”ın qolkiperi Leno Markos Rohonun yerinə yetirdiyi cərimə zərbəsini qaytarsa da, Errera özünü yetirib və topu cərimə meydançasına vurub. Burada isə Marsyal fürsəti əldən verməyib və hesabı bərabərləşdirib.

Oyunun 68-ci dəqiqəsində Lyakazetin qolu ilə qonaqlar yenidən hesabda irəli çıxsalar da, cəmi bir dəqiqə sonra meydan sahibləri Linqardın qolu ilə tarazlığı bərpa edə biliblər.


Geri qayıt