Əsas Səhifə > İdman > “QARABAĞ” YENƏ “Arsenal”a
“QARABAĞ” YENƏ “Arsenal”a14-12-2018, 07:31 |
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Azərbaycan çempionu “Qarabağ” da bu turnirin cari mövsümündə sonuncu oyununa çıxacaq. Ağdam təmsilçisi son turda İngiltərənin “Arsenal” klubunun qonağı olacaq. Bu komandaların yer aldığı E qrupunda meydan sahibləri ilə Portuqaliya "Sportinq”i 1/16 finala vəsiqəni təmin etdiyindən, görüş formal xarakter daşıyır. Ağdamlıların “Arsenal”la ilk oyunu Bakıda baş tutub və “topçular” 3 cavabsız qolla qalib gəliblər. "Qarabağ” həmçinin "Sportinq”ə hər iki görüşdə uduzub (0:2, 1:6). Ukrayna "Vorskla”sı ilə duellərdə isə evdə minimal hesabla uduzan Azərbaycan çempionu səfərdə oxşar hesabla qalib gəlib - 1:0. "Arsenal” isə poltavalıları hər iki oyunda üstələməklə yanaşı (4:2, 3:0), "Sportinq”dən yalnız səfərdə güclü olub (1:0, 0:0). Matç formal xarakter daşısa da, "Qarabağ” qrup sonuncusu olmamaq üçün səy göstərməlidi. Hazırda Ağdam komandası "Vorskla” ilə eyni – 3 xala malik olsa da, ukraynalılar top fərqinə görə öndədilər. Poltava təmsilçisi 4 top vurub, 6 qol buraxdığı halda, Azərbaycan çempionu qapısında 12 qol görüb və cəmi 2 dəfə fərqlənib. Avropa Liqası 00:00. Arsenal - Qarabağ 00:00. Sportinq - Vorskla Arsenal - 13, Sportinq - 10, Vorskla - 3, Qarabağ - 3. *** Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar: *** Matç başladı. *** Aleksandr Lakazet 17-ci dəqiqədə fərqlənir. “Arsenal” 1:0 hesabı ilə öndədir. *** Oyunda son 40 dəqiqə geridə qalsa da, “Qarabağ” rəqibin qapısından qol keçirə bilməyib. *** Komandalar fasiləyə yollandı. *** İkinci hissə başladı. *** Matç “Arsenal”ın qələbəsi ilə bitdi. Xatırladaq ki, “Qarabağ” bu il oktyabrın 4-də Bakıda “Arsenal”la qarşılaşmasında da bu kluba 0:3 hesabı ilə məğlub olmuşdu. Geri qayıt |