Əsas Səhifə > İdman, Slayd > “Neftçi“ - “Xəzər Lənkəran“ matçının biletləri satışa çıxarılıb
“Neftçi“ - “Xəzər Lənkəran“ matçının biletləri satışa çıxarılıb18-09-2015, 15:03 |
||
Məlumata görə, biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Adi bileti 1 manata, VİP yerlərə bileti isə 10 manata əldə etmək olar. Üzvlük kartlarının sahibləri üçün “Bakcell Arena”da ilk oyun olduğundan, “Neftçi” onlara hədiyyə təşkil edib. Belə ki, “NeftçiKART” sahibləri bu oyunu VIP tribunadan, “NeftçiVIP” sahibləri isə “SkyBox”lardan izləyə biləcəklər.
Qeyd edək ki, sentyabrın 20-də “Bakcell Arena”da keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" matçı saat 21:00-da başlanacaq.
Geri qayıt |