Əsas Səhifə > İdman, Slayd > Tarixdə ilk dəfə - Futbolçular “Qızıl top”suz

Tarixdə ilk dəfə - Futbolçular “Qızıl top”suz


21-07-2020, 09:12

2020-ci ilin yekunları üzrə "Qızıl top" futbol mükafatını təqdim etməyəcəklər.

 Modern.az bildirir ki, bu barədə mükafatın təsisçisi olan “France Football” jurnalı xəbər verib.

 “1956-cı ildən, tarixində ilk dəfə “Ballon d'Or France” ("Qızıl top") mükafatı kifayət qədər ədalətli şəraitin olmaması səbəbindən 2020-ci ildə təqdim edilməyəcək”, - məlumatda deyilir.

 Mükafatın təsisçiləri qeyd ediblər ki, koronavirus pandemiyası səbəbindən bütün ölkələrdə futbol mövsümü bərpa olunmayıb, ona görə də qalibin seçimi obyektiv olmayacaq.

 Həmçinin, mükafatlar ən yaxşı qapıçıya, ən yaxşı gənc oyunçuya və ən yaxşı futbolçuya da verilməyəcək.

 Qeyd edək ki, “Qızıl top” mükafatı “France Football” jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. 2019-cu ildə “Barselona” və Argentina yığmasının oyunçusu Lionel Messi “Qızıl top”a sahib olub.


Geri qayıt