Əsas Səhifə > İdman > Azərbaycan çempionatı 165 gündən sonra

Azərbaycan çempionatı 165 gündən sonra


21-08-2020, 11:22

Azərbaycan çempionatı 165 gündən sonra başlayır

Futbol üzrə Azərbaycan Premyer Liqasında 165 günlük fasilə başa çatır. “Qafqazinfo” xəbər verir ki, bu gün 2020/21 mövsümünə start veriləcək.

29-cu ölkə çempionatının açılış matçı Sumqayıtda keçiriləcək. Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" avrokubok oyunu öncəsi üz-üzə gələcəklər.

Günün ikinci oyunu Avroliqadakı digər təmsilçimiz “Neftçi” ilə indidən autsayder hesab olunan “Səbail” arasında baş tutacaq.

Qeyd edək ki, ilk tur çərçivəsində avqustun 22-də “Qarabağ” – “Sabah”, 23-də isə “Qəbələ” – “Zirə” qarşılaşmaları da baş tutacaq.

Azərbaycan Premyer Liqası

1-ci tur

21 avqust

18:30. “Sumqayıt” – “Keşlə”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı.

“Sumqayıt Arena”.

20:30. “Neftçi” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov.

Bakı. 8-ci km stadionu. 


Geri qayıt