Əsas Səhifə > İdman > Avropada 6 gecə həyəcan:
Avropada 6 gecə həyəcan:7-10-2015, 20:38 |
||
Oktyabrın 8-dən Avropada möhtəşəm futbol həyəcanı başlanır.
Axar.az-ın verdiyi məlumata görə, altı gün ərzində Avro-2016-nın seçmə mərhələsində 52 oyun keçiriləcək.
Çexiya, İslandiya, İngiltərə və Avstriyanın ardınca qruplarında ilk iki yeri tutan daha 14 komanda, həmçinin ən yaxşı 3-cü yerin sahibi də qarşıdakı oyunlarda bilinəcək.
Gələn ay baş tutacaq pley-ofa yüksələn 8 yığmanın da adı bu 52 görüşdə bəlli olacaq. Bakıda yığmamızın qəbul edəcəyi İtaliya qələbə ilə Fransaya bileti sifariş etməyə yaxındır.
Maltanı sınağa çəkəcək Norveç isə Xorvatiyanın xal itirəcəyi halda Avro-2016-ya yüksələcək. Sonuncuların uduzmaması isə Bolqarıstanın cüzi şanslarının üstündən xətt çəkəcək.
Geri qayıt |