Əsas Səhifə > İdman > Zabit Səmədovun nokauta saldığı idmançı öldü

Zabit Səmədovun nokauta saldığı idmançı öldü


26-12-2021, 22:58

Zabit Səmədovun nokauta saldığı idmançı öldü - VİDEO

Belçika kikboksçusu Frederik Sinistra koronavirusdan vəfat edib.

Ölkənin ən güclü insanı hesab olunan 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada dünyasını dəyib.

O, bir müddət öncə koronavirusu ciddiyə almadığını və bu səbəbdən peyvənd olunmaqdan imtina etdiyini bildirib. Sinistra yaşının və fiziki durumunun onu hər hansı bir koronavirus simptomundan qoruyacağını iddia edirdi.

Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub. /Report


Geri qayıt