Əsas Səhifə > İdman > Qurban Qurbanovun maaşı açıqlandı: Ayda 100 MİN

Qurban Qurbanovun maaşı açıqlandı: Ayda 100 MİN


3-10-2022, 17:52

Qurban Qurbanovun maaşı açıqlandı: Ayda 100 min manat!

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Ağdam klubundakı yeni məvacibi bəlli olub.

Yenisabah.az Sportlife.az-a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis yeni müqaviləyə əsasən, aylıq 100 min manat maaş alacaq. Bu rəqəm Qurbanovun əvvəlki maaşından 40 min manat artıqdır.

Qeyd edək ki, Qurban Qurbanov bu ilin may ayında “Qarabağ”la müqaviləni 3 illik uzatmışdı. 


Geri qayıt