Əsas Səhifə > İdman > DÇ-2022: Son üç yarımfinalda sevinən fransızlar, rəqiblərdən qol buraxmayan

DÇ-2022: Son üç yarımfinalda sevinən fransızlar, rəqiblərdən qol buraxmayan


14-12-2022, 15:33

DÇ-2022: Son üç yarımfinalda sevinən fransızlar, rəqiblərdən qol buraxmayan Mərakeş

Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində üz-üzə gələcək Fransa və Mərakeş yığmaları daha əvvəl beş dəfə bir-birilərinə rəqib olublar.
 
Ad - 00:01

 

Bunların üçündə qalib gələn avropalılar, iki oyunda heç-heçəyə razılaşıblar.
 
Tərəflər arasında sonuncu qarşılaşma 2007-ci ildə gerçəkləşib. Həmin vaxt yoldaşlıq görüşündə bərabərlik qeydə alınıb - 2:2.
 
Mundiallar tarixində bir turnirdə iki Afrika təmsilçisinə məğlub olan komanda yoxdur. “Xoruzlar” D qrupunda Tunisə 0:1 hesabı ilə uduzub. Fransa millisi yarışda yeddinci dəfə yarımfinalda mübarizə aparacaq. İlk üç cəhdində (1958, 1982, 1986) finala yüksələ bilməyən yığma, bu raunddakı son matçlarında (1998, 2006, 2018) mərhələ adlayıb.
 
Yarımfinala yüksəlməklə ilkə imza atan Mərakeş finala vəsiqə qazanan ilk Afrika komandası olmaq niyyətindədir. Valid Reqraginin baş məşqçi olduğu kollektiv DÇ-2022-də rəqib futbolçulardan qol buraxmayıb. Yalnız Kanada seçməsinə qarşı qrup oyununda Nayef Aguerd avtoqol müəllifi olub. Daha əvvəl 2006-cı ildə bütün yarış boyu qapısında iki qol görən İtaliya və 2010-cu ildə eyni sayda qol buraxan İspaniya millisi çempionluq sevinci yaşayıb.
 
Avropa təmsilçisinin çalışdırıcısı Didye Deşam baş məşqçi kimi mundiallardakı 17 görüşün 13-dən qələbə ilə ayrılıb. Fransızlar finala yüksəlsələr, mütəxəssis braziliyalı Felipe Skolariyə (14 qələbə) çatacaq. Mütləq rekord almaniyalı Helmut Şönə məxsusdur. /Report/
 
Qeyd edək ki, Fransa - Mərakeş matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Geri qayıt