Əsas Səhifə > İdman > Azərbaycan 200 min dollar
Azərbaycan 200 min dollar29-12-2015, 11:33 |
Azərbaycan Ağır Atletika Federasiyası növbəti cəza ilə üz-üzə qalıb. Azərtaym.az apasport.az-a istinadən xəbər verir ki, yığmamızın 6 idmançısının orqanizmində istifadəsi qadağan olunan dərman preparatı tapıldığı üçün Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ölkəmizə cəza tətbiq edib. Bolqarıstan mətbuatının yazdığına əsasən, Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) A testindən keçə bilməməyi AAAF-a baha başa gəlib. Belə ki, 2014-cü ildə 18 idmançımızın dopinqdə “ilişməsi” səbəbindən 500 min dollar cərimələnən federasiyamız bu dəfə daha 200 min dollar ödəməlidi. Əks halda, yığmamızın Rio Olimpiadasında iştirakına qadağa qoyulacaq. Geri qayıt |