Əsas Səhifə > İdman, Slayd > “KOMANDANIN VƏZİYYƏTİ ÇOX PİSDİR”

“KOMANDANIN VƏZİYYƏTİ ÇOX PİSDİR”


30-03-2016, 20:59

Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "İnter"i minimal hesabla məğlub edən "Neftçi"nin baş məşqçisi Vəli Qasımov oyunla bağlı fikirlərin bölüşüb.

"Qafqazinfo" xәbәr verir ki, Qasımov matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

- Oyunun çətin keçəcəyini bilirdik. Bu gün düzgün hazırlığın bəhrəsini gördük.

- Komandanın nəticələri yaxşı olsa, baş məşqçi postunda qalacaqsız? 
- Komandanın vəziyyəti çox pisdi. Hələ qalıb-qalmayacağım bəlli deyil.

- Araz Abdullayevin sonradan meydana çıxmasının səbəbi nə idi? 
- Arazın sonradan meydana çıxmasına səbəb yığmadan yorğun qayıtması idi.

- Kanalesin oynamamasına səbəb nə idi? 
- Kanalesin meydana çıxmamasına səbəb onun əzələlərində yorğunluq olması idi.

- Bu gün meydana 4 gənc oyunçu buraxmışdız. Buna əsasən demək olar ki, komanda çempionatdan əlini üzüb, kuboka köklənib? 
- Bəli, bu gün gənc oyunçulara şəns verdik. Gələn oyunlarda da şans verəcəyik. Bizim üçün kubok da, çempionat da vacibdi. Kubok oyunlarına hazırlaşmaq üçün vaxtımız var.

 


Geri qayıt