05.04.2014. - “Azərsu”nun yeni ofis binası belə olacaq (Foto)

05.04.2014.  -  “Azərsu”nun yeni ofis binası belə olacaq (Foto)Bakıda “Azərsu” ASC üçün yeni ofis binasının tikintisi davam etdirilir.
Ofis binası Heydər Əliyev prospektində, Dövlət Neft Şirkətinin tikilməkdə olan yeni inzibati binasının yaxınlığında yerləşir. Tikintiyə keçən il başlanılıb və 2015-ci ildə binanın açılışı planlaşdırılır.

Bina 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəlidir. Hündürlüyü 124 metr olacaq inzibati binanın sahəsi 36326 kvadrat metr nəzərdə tutulub.

AzerTaym.az Lent.az-a istinadən məlumat verir ki, proyekti Almaniyanın tanınmış şirkətlərindən olan “Heerim” idarə edir və tenderdə qalib gəlmiş Koreyanın “Halla” şirkəti tikinti-quraşdırma və digər texniki işləri həyata keçirir. Layihənin ümumi dəyəri 120 milyon dollardır.






Fikirlər