Tikinti materialları bazarında qiymətlər qalxdı – Video

Картинки по запросу Tikinti materialları

Dolların bahalaşması tikinti materialları bazarına da təsir edib. Belə ki, qiymətlərdə bahalaşma müşahidə edilir. Satıcılar isə deyir ki, bahalaşma ilə əlaqədar əvvəlki illərin payız-qış ayları ilə müqayisədə bazara gələn müştərilərin sayı azalıb.

Müşahidələrimiz göstərdi ki, əvvəllər aktiv olan bazarda indi sakitlikdir. Dərnəgüldəki tikinti materialları bazarında isə gözə alıcılardan daha çox satıcılar dəyir.
O ki qaldı qiymətlərə, bəzi tikinti materialları 4-5 qəpik, bəziləri isə 6-7 manata qədər bahalaşıb. Ancaq qiyməti dəyişməyən materiallar da var.
Taxta və armaturların qiyməti isə yerli və xarici istehsal olmasına görə fərqlidir. Mismar və tamet daşların da qiymətində dəyişiklik var.
Satıcılar isə bazardakı durğunluğun yeni ildən düzələcəyinə ümid edirlər.
 Xəzərxəbər-in videomaterialını təqdim edirik.

 






Fikirlər