Bağlanan bankların əmlaklarını alan OLMADI

Likvidacija-banka

Xəbər verdiyimiz kimi, Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanan bankların əmlaklarını hərraca çıxarıb. Fonddan Fins.az-a verilən məlumata görə, 2 bankın əmlakının satışı üzrə keçirilən hərraclar baş tutmayıb.

“Atrabank” ASC-nin balansında olan, Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti. 48E ünvanında yerləşən fərdi yaşayış evini 10 iyul 2017-ci il tarixində ilkin satış qiyməti 2 363 250 (iki milyon üç yüz altmış üç min iki yüz əlli) manat olmaqla açıq hərraca çıxarıb. Lakin əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış hesab edilib.
Bundan əlavə Fond ləğvedicisi olduğu “Royal Bank” ASC-nin balansında olan mebel avadanlıqlarını da açıq hərraca çıxarıb. Bank reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlığının ilkin satış qiyməti 17 421 manat müəyyən edilib. Lakin bu əmlaklara da alıcı kimi müraciət edən olmayıb. Bu səbəbdən hərrac baş tutmamış hesab olunub.
Əmanətlərin Sığortalanması Fondu Mülki Məcəlləyə, “Banklar haqqında” qanuna, “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracların keçirilməsini davam etdirəcək.






Fikirlər