MONOPOLİYA YOXSA HƏRİSLİK: Yüksək neft qiymətləri və yenə də yüksək kredit faizləri...

Millət vəkili: “Bank sistemindəki inhisarçılıq meylləri faiz dərəcələrinin çox yüksək olmasında ciddi rol oynayır”

“Azərbaycan bank kreditləri üzrə faiz dərəcələrinin çox yüksək olduğu ölkələrdən biridir... Bank sektorundakı inhisarçılıqla yanaşı, xarici bankların Azərbaycanın bank sektorunda sərbəst fəaliyyət göstərməməsi bank sektorunda rəqabətin inkişafına imkan verilməməsi kredit faizlərinin yüksək olmasına təsir göstərir”.

Bu sözləri Azərbaycanda yüksək kredit faizlərinin səbələrini PİA.az-a şərh edərkən iqtisadçı ekspert, millət vəkili Əli Məsimli söyləyib.

Bildiyimiz kimi 2015-ci ildən başlayaraq neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı Azərbaycan iqtisadiyyat gözlənilməz problemlərin altında çabalayır. Ən böyük sarsıntılar isə bank sektorunda yaşanıb və hazırda maliyyə bazarında böhran davam etməkdədəir. Qeyd edək ki, 2016-cı ildə bu problemləri və böhranı daha yumşaq fazaya gətirə bilmək üçün hökümət təcili islahatları həyata keçirmək üçün bir sıra addımlar atıldı. Təbii ki, bu addımlar olmasaydı Azərbaycan iqtisadiyyatı irimiqyaslı böhrana məruz qala bilərdi. 2017-ci ilin iqtisadi fonu isə çox mübahisəli oldu. Böhran etiraf edilməsə də, hökumətin bütün səyləri onun aradan qaldırılmasına yönəldildi. Sərt pul-kredit siyasəti nəticəsində maliyyə bazarında müəyyən sabitliyin təmin edilməsi mümkün oldu. Doğrudur, sərt pul-kredit siyasətinin qiyməti olduqca yüksək oldu - iqtisadiyyatın kreditləşməsi, demək olar ki, 25%-ə qədər və ya təxminən 4 milyard manat azaldı. Amma buna baxmayaraq nisbi valyuta bazarında sabitlik yarandı.






Fikirlər