Səudiyyə Ərəbistanı və İran arasında yaranmış gərginlik dünyada dolların bahalaşmasına səbəb olub.

ANS PRESS-in məlumatına görə, ABŞ dolları daha çox Yaponiyanın pul vahidi yen qarşısında dəyər qazanıb. Belə ki, Səudiyyə Ərəbistanı və İran arasında yanvarın 3-dən başlayan gərginlikdən əvvəl 1 dollar 120,04 yen idisə, hazırda 120,39 yen olub.

Avstraliya dolları 07%, Yeni Zenlandiya dolları isə 0,9% bahalaşıb.

Həmçinin oxuyun: Səudiyyə Ərəbistanı İrana 48 saat vaxt verdi

Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. Krallıq iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.



Nimr ən-Nimr 2012-ci il, iyulun 8-də ölkədə qarşıdurmaların yaradılması və qanunsuz etiraz aksiyalarının keçirilməsində ittiham edilərək həbs olunub. Məhkəmə onun edam edilməsi barədə qərarı 2014-cü ilin oktyabr ayında verib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Yəmən və Suriyada gərginlik yarandığı gündən bir-birinə qarşı olan Səudiyyə Ərəbistanı və İran arasında yaşanan son diplomatik böhranın Yaxın Şərq regionunda məzhəblərarası gərginliyi daha da dərinləşdirəcəyindən ehtiyat edilir. 

Həmçinin oxuyun: İranın Səudiyyə Ərəbistanına cavabı gecikmədi