Əsas Səhifə > İqtisadiyyat > MALİYYƏ BAZARLARINA
MALİYYƏ BAZARLARINA16-05-2016, 10:58 |
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) strukturunun formalaşdırılması davam edir. Palata daxilində Bank fəaliyyətinə nəzarət departamenti yaradılıb. Departamentə rəhbərlik müvəqqəti olaraq İmran Məmmədova həvalə olunub. O, həm də həmin departamentin Daxili nəzarət idarəsinin rəisidir. İmran Məmmədov bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində işləyib, lisenziyası ləğv olunmuş “Royalbank”ın ləğvetmə komissiyasına rəhbərlik edib.
Geri qayıt |