Əsas Səhifə > İqtisadiyyat > Dövlət əmlakları
Dövlət əmlakları15-08-2016, 11:02 |
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) qərarı ilə çoxsaylı dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb. ƏMDK-nin mətbuat xidmətindən “Report”a bildirilib ki, Komitə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edib.Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərirlər. Hərraclar barədə məlumat ƏMDK-nin rəsmi orqanı olan «Mülkiyyət» qəzetində və Komitənin yenicə istifadəyə verilən özəlləşdirmə portalında yerləşdirilib. Bundan başqa, Komitə tərəfindən yerli və xarici investorların cəlb edilməsi üçün 6 səhmdar cəmiyyətinin əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti, gələcək perspektivliyini özündə əks etdirən profilləri hazırlanıb və qeyd olunan özəlləşdirmə portalında yerləşdirilib.
Geri qayıt |