Əsas Səhifə > İqtisadiyyat > Devalvasiya hökumətə umduğunu vermədi -
Devalvasiya hökumətə umduğunu vermədi -21-11-2016, 17:55 |
Devalvasiya ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını gücləndirməliydi, amma hökumət bu məqsədinə çata bilmir. Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, bu ilin 10 ayında ötən ilin eyni dövrüylə müqayisədə ixracat 34,48 faiz azalıb. Neftdənkənar sektorda hazırlanan məhsulların da ixracatında kəskin azalma gözə çarpır. Hökumətin ümid yeri olan bu sahədə də azalma danılmazdır. “Qeyri-neft ixracatının başlıca məhsulu…” İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, qeyri-neft ixracı daha da aşağı düşə bilər: “Nəzərə alsaq ki, qeyri-neft ixracatının başlıca məhsulu meyvə və tərəvəzdir, onda heç şübhəsiz ki, mövsümi amillərin təsiri ilə sonrakı aylarda qeyri-neft ixracatı azalacaq. Bu tendensiya özəlliklə ilin son aylarında valyutaya tələbatın artdığı dövrə təsadüf edəcək”. Geri qayıt |