Əsas Səhifə > İqtisadiyyat > 4.9 milyardlıq kənd
4.9 milyardlıq kənd30-11-2016, 09:08 |
Cari ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı sahəsində ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 4 milyard 959,7 milyon manat təşkil edib. “Qafqazinfo” xəbər verir ki, bunu Azərtac-a Dövlət Statistika Komitəsindən bildiriblər. Xəbərə görə, bunun da 2 milyard 511,4 milyon manatı heyvandarlıq, 2 milyard 448,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 1,8 faiz, o cümlədən bitkiçilik məhsulları 1,2 faiz, heyvandarlıq məhsulları isə 2,5 faiz artıb. Geri qayıt |