Əsas Səhifə > İqtisadiyyat, Slayd > SOCAR 200-dən çox
SOCAR 200-dən çox24-04-2017, 16:49 |
Aprelin 24 və 25-də açıq dənizdə küləyin sürəti arabir 34 m/s (dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə SOCAR-ın "Azneft" İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib. "Azneft"dən "APA-Economics"ə verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, təhlükəli işlərin məhdudlaşdırılması bütün sahələrə yazılı və şifahi formada tapşırılıb. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir. Geri qayıt |