Əsas Səhifə > İqtisadiyyat > “DAHA AZƏRBAYCAN maliyyə nazirliyinə inanmırıq”
“DAHA AZƏRBAYCAN maliyyə nazirliyinə inanmırıq”25-05-2017, 16:44 |
Azərbaycan Beynəlxalq Bankının xilası üçün ölkənin qızıl-valyuta ehtiyatlarından xərcləmək lazım gələcək. Azərbaycan hakimiyyətinin bankla bağlı taktikasını dəyişməsinin səbəbi də budur. Virtualaz.org xəbər verir ki, bunu Moody’s beynəlxalq reytinq agentliyinin vitse-prezidenti, MDB ölkələri üzrə bank analitiki Pyotr Paklin Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Paklinin sözlərinə görə, Azərbaycan hökumətinin problemli bankla bağlı taktikanı dəyişməsi, Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyasına qərar verilməsi və kreditorlara borcların 20 faizinin silinməsi təklifinin təqdim olunması onlar üçün sürpriz olub. Analitik hesab edir ki, Beynəlxalq Bankın borclarının restrukturizasiyası planı hökumətin maliyyə sektorundakı problemlərin miqyasını düzgün qiymətləndirmədiyini göstərir. Geri qayıt |