Əsas Səhifə > İqtisadiyyat > “Dövlətin ayırdığı 115 mln.
“Dövlətin ayırdığı 115 mln.27-07-2017, 17:20 |
“Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin lisenziyası ləğv olunmazdan öncə bankın sağlamlaşdırılmasına dövlət büdcəsindən 115 mln. manat ayrılıb, amma bu pulun hara getdiyi məlum deyil”. “Report” xəbər verir ki, bunu bankın bu gün keçirilən Kreditorlar Komitəsinin iclasında qurumun sədri Əkrəm Həsənov deyib. “Ötən ilin may ayında “Bank Standard”ın sağlamlaşdırılmasına başlandığı elan olunub və ilkin mərhələdə Banka 15 mln. manat verilib. Növbəti mərhələdə isə Bankın menecmenti 100 mln. manat alıb. Bu pullar fiziki və hüquqi şəxslərin borcunun ödənilməsinə, eləcə də dövlət büdcəsi qarşısındakı öhdəliklərin yerinə yetirilməsinə yönəldilməli idi. Amma “Bank Standard”ın ləğvetmə planında bununla bağlı ətraflı məlumat verilməyib. Həmin 115 mln. manatla kimlərin pulunun ödənildiyi, necə xərcləndiyi məlum deyil. Bu qədər pul ayrılmasına baxmayaraq, Bankın öhdəlikləri azalmayıb, olduğu kimi qalıb”, – o qeyd edib. Geri qayıt |