Əsas Səhifə > İqtisadiyyat > UĞURLU TƏYİNAT İNKİŞAFIN ƏSAS MƏNBƏYİDİR!

UĞURLU TƏYİNAT İNKİŞAFIN ƏSAS MƏNBƏYİDİR!


21-11-2014, 14:55

UĞURLU TƏYİNAT İNKİŞAFIN ƏSAS MƏNBƏYİDİR! İdarəetmədə yeni uğurlu təyinatlar aqrar sektorun tərəqqisinə hesablanıb.

Nazir Heydər Əsədovun kənd təsərrüfatının inkişafı perspektivlərinə dair aqrar siyasətdə elmi yanaşmaya üstünlük verməsi sahənin problemlərinin tezliklə həll olunacağına ümidləri artırır.

Dövrümüzdə bəşəriyyəti rahatsız edən ən qlobal məsələlərdən biri və bəlkə də birincisi insanların ərzaq təhlükəsizliyinin təmin olunması vəzifəsidir. Hər bir ölkənin sosial-iqtisadi sabitliyinin və insanların sosial-rifah səviyyəsinin əsas şərtlərindən biri məhz etibarlı ərzaq təhlükəsizliyidir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyini dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edib.
Dövlət başçısının təsdiq etdiyi «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» məhz bu məqsədə xidmət edir.
Əhalinin ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini özündə ehtiva edən bu proqramda qarşıya qoyulan vəzifələrin icrası yaxın gələcəkdə ölkəmizin özünün ərzaq müstəqilliyinə tam nail olacağını, bu sahədə mövcud problemlərin aradan qaldırılacağını, əhalinin bütün kateqoriyalarının sabit surətdə keyfiyyətli ərzaq məhsulları əldə etmələri üçün ən əlverişli şəraitin yaradılacağını qətiyyətlə söyləməyə əsas verir.
Bu hədəflərə yetişməyə inamı artıran bir faktor da odur ki, dövlət başçısının bu istiqamətdə yürütdüyü siyasətin həyata keçirilməsində bütün tərəqqipərvər, məhsuldar qüvvələr onun ətrafında sıx birləşməkdədirlər.
Dövlət başçısının etimadığını doğruldan vicdanlı dövlət qulluqçularından biri də əlbəttə ki, Kənd Təsərrüfatı naziri, iqtisad elmləri namizədi, «Vətənə xidmətə görə» ordeninin kavaleri Heydər Əsədovdur.


Əvvəllər Maliyyə nazirinin müavini, Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Hesablama Palatasının sədri kimi yüksək məsul vəzifələrdə çalışmış H.Əsədov ötən il oktyabrın 22-də Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunanda artıq ictimaiyyətə bəlli oldu ki, bu vəzifə nəhayət ki, öz layiqli icrasını tapmışdır.
Üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edən və bu vəzifənin öhdəsindən gələcəyinə əmin olan cənab Heydər Əsədov ona etibar edilmiş sahədə ötən illərin müsbət nəticələri ilə yanaşı aqrar sektorda bir sıra həlli vacib olan problemlərin də mövcudluğunu bilirdi.
Yeni nazir həmin problemlərin həllinə nail olmaq üçün ilk növbədə Nazirliyin və onun struktur vahidlərinin rəhbər və funksioner vəzifəli şəxslərinin məsuliyyət hissinin artırılmasına diqqət ayırdı və Nazirliyin kadr siyasətində əhəmiyyətli dəyişikliklər apardı. Nazirin yeni təyinatları ictimaiyyət tərəfindən də dəstəkləndi və ən başlıcası da, ölkədə gücləndirilən antikorrupsiya tədbirləri ilə bir növ səsləşdi.


Təbiidir və başa düşüləndir ki, yeni nazirin həyata keçirməyə başladığı mütərəqqi dəyişikliklər onu istəməyən və ümumiyyətlə, ölkəmizin tərəqqiyə doğru irəliləyişini istəməyən, bəzi qeyri-konstruktiv qüvvələrdə qıcıq oyatdı və KİV-də bəzi xoşagəlməz informasiyaların dolaşmasına səbəb oldu. Sifarişlə yazılan tənqidi məqalələr indinin özündə belə səngiməsə də, məhz əsassız olduqlarından, Heydər Əsədovun dövlət qarşısında, xalq qarşısında danılmaz xidmətlərinə kölgə sala bilməzlər.

UĞURLU TƏYİNAT İNKİŞAFIN ƏSAS MƏNBƏYİDİR!Heydər Əsədov nazir təyin olunandan Kənd Təsərrüfatı Nazirliyində və onun struktur vahidlərində «Vətəndaşların müraciətlərinə baxılması haqqında» AR Qanununun tələblərinə riayət edilməsinə nəzarəti gücləndirilib.Belə ki,bu istiqamətdə prinsipial mövqe və xüsusi fəllıq nümayiş etdirən nazir müavini İlham Quliyev vətəndaşlarla ünsiyyəti, yerli ictimaiyyətlə görüşləri, xarici təşkilatların nümayəndələri ilə təmasları olduqca yüksək səviyyədə təşkil etməkdədir.
Məlum olduğu kimi, dövlət başçısının məmurların qarşısında qoyduğu vəzifələrin həlli məqsədilə nazirlər və komitə sədrləri bölgələrə gedirlər, bu görüşlər qrafikə salınıb. Bundan məqsəd dövlət qulluqçuları, xüsusən də mərkəzi İcra Hakimiyyəti orqanlarının təmsilçiləri ilə əhalinin təmaslarını çoxaltmaq, əhalinin sosial-iqtisadi və digər ehtiyaclarının ödənilməsi sahəsində yerlərdəki strukturların fəaliyyətini dəyərləndirmək, səmərəliliyi artırmaqdır.Heydər Əsədov da vaxtaşırı bölgələrdə olur, yerlərdə görüşlər keçirir, vətəndaşların, kənd təsərrüfatı məhsulları istehsalçılarının problem və ehtiyaclarının birbaşa ödənilməsi və mümkün olduğu qədər yerindəcə həllinə nail olunması üçün gərəkən qərarları qəbul edir.

Şübhəsiz, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında, ümumiyyətlə kənd təsərrüfatının inkişafında elmi yanaşma olduqca vacibdir. Təsadüfi deyildir ki, son illərdə ərzaq təhlükəsizliyinin problem kimi meydana çıxması və aktuallığı bu istiqamətdə də elmi araşdırmaları, yəni problemin həllinə elmi yanaşmanı zəruri etmişdir. Bu baxımdan, Heydər Əsədovun araşdırmaları, ərzaq təhlükəsizliyinin təmininə dair baxışları, fikir və mülahizələri diqqəti cəlb edir.
Axı, Heydər Əsədov həm də alimdir!
Zəngin və şərəfli bioqrafiyasına nəzər salanda görürük ki, bir vaxtlar məzunu olduğu Azərbaycan Dövlət İqtisad İnstitutunda 1983-1992-ci illərdə müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olmuşdur.

Heydər Əsədovun nazir kimi fəaliyyət göstərdiyi bir il ərzində xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Azərbaycan Dövlət Aqrar Universitetində, regional Aqrar Elm Mərkəzlərində, Kənd Təsərrüfatı Nazirliyinin institutlarında aparılan elmi-tədqiqat işlərinin sürətləndirilməsinə və səmərəliliyinin artırılmasına nail olmaq, tədqiqatları ölkənin sosial-iqtisadi inkişaf proqramında kənd təsərrüfatı məhsullarının artırılması üzrə nəzərdə tutduğu göstəricilərin elmi təminatına yönəldilməsi olmuşdur. Heydər Əsədovun tövsiyəsi və rektor İbrahim Cəfərovun uğurlu rəhbərliyi altında hazırda Aqrar Universitet mövzu planlarını kənd təsərrüfatı məhsulları istehsalçılarının, fermerlərin tələbləri əsasında formalaşdırır, tədqiqatın nəticələrinin tətbiqi və yayılması sistemini təkmilləşdirir, elmin maddi-texniki bazasını və kadr potensialını gücləndirilməsi istiqamətində fəaliyyətini artırır.

UĞURLU TƏYİNAT İNKİŞAFIN ƏSAS MƏNBƏYİDİR!Sevindiricidir ki, son dövrdə Aqrar Universitetdə bütün istiqamətlər - torpağın münbitliyinin artırılması, qorunması və meliorasiyası; kənd təsərrüfatı bitkilərinin becərilməsi, istehsalı, emalı və saxlanması; kənd təsərrüfatı heyvanları genefondunun toplanması və tətbiqi əsasında yeni cinslərin yaradılması, damazlıq işlərinin təşkili, məhsuldarlığın artırılması texnologiyası; bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən təmiz məhsul təmin edən təkmilləşdirilmiş texnika və elektrotexniki vasitələrin işlənməsi; aqrar sahədə sahibkarlığın inkişafının istifadə və idarə mexanizminin problemləri və menecment və s. mövzu və problemlər üzrə aparılan tədqiqat işləri daha səmərəli nəticələr verməkdədir.

Azərbaycanın dövlət rəhbərliyi və ölkənin tərəqqipərvər vətəndaşları Heydər Əsədovun təşkilatçılıq qabiliyyətinə bələddirlər və əmindirlər ki, bu və digər üstün keyfiyyətləri ilə nazir kənd təsərrüfatımızın qarşısında duran məsələlərin, o cümlədən, məhsuldarlıq səviyyəsinin artırılması, becərmə texnologiyalarının və aqrotexniki qaydaların lazımi səviyyəyə çatdırılması, çoxillik əkmələr olan bağların bərpası, dağlıq və dağətəyi torpaqların becərməyə cəlb edilməsi, məhsul istehsalı və emalı sahələri arasında əlaqələrin lazımi səviyyədə qurulması, sahəyə investisiya qoyuluşu, fermer təsərrüfatlarının yüksək keyfiyyətli toxumlarla təmini, aqrokimyəvi tədbirlər, müvafiq texnika və mexanikləşdirilmiş anbarlarla təchizat və başqa problemlərin həllinə nail olacaqdır.
Bu, mümkünsüz deyildir. Çünki sahəyə dövlət qayğısı var, dövlət rəhbərliyinin kənd təsərrüfatını dirçəltmək qətiyyəti var, Azərbaycan kəndlisinin işləmək əzmi, qeyrəti var.

Bütün digər tərəf müqabilləri ilə birgə,bu sahədəki tərəqqini,inkişafı təqdir və təbliğ edən kütləvi informasiya vasitələri də nazir Heydər Əsədova bu müstəvidə gərəkən informasiya dəstəyini verməyə və belə demək mümkündüsə- kənd təsərrüfatı maarifçiliyinə xidmət etməyə hazırdırlar.


Unutmayaq ki, Azərbaycanda ilk qəzetin adı «Əkinçi» olub.


Geri qayıt