Əsas Səhifə > İqtisadiyyat > Hərrac keçiriləcək -

Hərrac keçiriləcək -


14-10-2017, 11:41

Oktyabrın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən verilən məlumata görə, istiqrazların ümumi həcmi 20 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manatdır.

Məlumata görə, istiqrazların tədavül müddəti 182 gündür, ödəmə tarixi 2018-ci ilin aprelin 17-də bitir.

Qeyd edək ki, "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

 


Geri qayıt