Əsas Səhifə > İqtisadiyyat > "Kapital Bank" ENDİRİM və güzəştli kreditlər

"Kapital Bank" ENDİRİM və güzəştli kreditlər


27-11-2017, 09:59

"Kapital Bank" endirim və güzəştli kreditlər təklif edir

Kapital Bank sadiq müştəriləri üçün Birlik Klubu layihəsini təqdim edib. Artıq Bankın kredit müştəriləri Birlik Klubu”-na qoşulmaqla bir sıra güzəştlərdən yararlanmaq imkanı əldə edirlər.

Kluba üzv olan müştərilərə xüsusi üzvlük kartları təqdim edilir. Kartın növündən asılı olaraq müştərilərin aylıq kredit ödənişlərindən müəyyən məbləği bonus şəklində karta geri qaytarılır. Kredit komissiyasına endirim, illik faiz dərəcəsinə güzəşt tətbiq olunur. Həmçinin kreditin ödəniş vaxtına 12 ayadək əlavə müddət əldə etmək mümkündür.

Klub üzvlərinin qazanacağı imtiyazlar bununla yekunlaşmır. Banka aid digər faydalı təkliflər də təqdim olunacaq. Birlik klubuna qoşulmaq üçün Kapital Bankn istənilən filialına yaxınlaşmaq kifayətdir. Ətraflı məlumat üçün – www.kapitalbank.az/loans/birlik-klubu?hl=az.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

AzerTaym.az


Geri qayıt