Əsas Səhifə > İqtisadiyyat, Slayd > “Wall-Street”-dən bitkoinə ŞOK –
“Wall-Street”-dən bitkoinə ŞOK –8-12-2017, 13:43 |
Bitkoin həvəskarları bu virtual kriptovalyutanın maliyyə bazarları tərəfindən qəbul edilməsini gözlədiyi vaxtda, Nyu-Yorkun “Wall-Street” küçəsində yerləşən dünyanın iri bankları bu istiqamətdə işlərini dayandırıb. “Report” “Freedman.club” saytına istinadən xəbər verir ki, bitkoinlə əməliyyatlardan narahatlığını bildirən Fyuçerslərlə Ticarət Assosiasiyası (FIA) Əmtəə Fyuçersləri ilə Ticarət Komissiyasına (CFTC) bu barədə məktub göndərib. “Financial Times”ın məlumatına əsasən, ABŞ-ın iri banklarından ibarət lobbi qrupu CFTC-yə bitkoinlə ticarətin başlaması barədə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, CFTC bitkoin aktivində şəffaflığı təmin edə bilməyib və bitkoinin birjalara çıxması ilə bağlı ictimaiyyəti kifayət qədər məlumatlandırmayıb.
Geri qayıt |