Əsas Səhifə > İqtisadiyyat, Slayd > Millət vəkili qiymət artımından danışdı - AÇIQLAMA

Millət vəkili qiymət artımından danışdı - AÇIQLAMA


14-01-2015, 11:25
Millət vəkili qiymət artımından danışdı - AÇIQLAMAMilli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov benzinin qiymətinin artırılmasına münasibət bildirib.

O, Aktual.az-a açıqlamasında qeyd edib ki, benzinin qiymətində olan artım elə də ciddi artım deyil:

"Ümumi qiymət artımlarının olacağı gözlənilmir. Amma müəyyən qədər subyektiv səbəblərdən qiymətlər artırıla bilər. Yəni benzinin qiymətinin artmasından sui-istifadə hallarına yol verib digər məhsulların qiymətini artıra bilərlər. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu məsələni diqqətdə saxlayacaq ki, süni artımlar olmasın"
.

Geri qayıt