Əsas Səhifə > İqtisadiyyat > PENSİYA FONDUNDA
PENSİYA FONDUNDA14-05-2018, 20:14 |
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir. AzerTaym.az APA-ya istinadən məlumatına görə, bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulub. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri 2017-ci ilin dekabr ayında təsdiq olunmuş “Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci il üçün iş planı”na uyğun olaraq həyata keçirilir”, - deyə məlumatda vurğulanıb. Geri qayıt |