Əsas Səhifə > İqtisadiyyat, Slayd > DÖVLƏT BORCUMUZ 17 MİLYARDI KEÇDİ
DÖVLƏT BORCUMUZ 17 MİLYARDI KEÇDİ13-06-2018, 09:49 |
Hesablama Palatası “ABB-nin sağlamlaşdırılması üçün Mərkəzi Bankdan alınmış milyardlarlı “sezməyib” Bu günlərdə nəşr olunan Hesablama Palatasının məlumatlarına əsasən, 2017-ci il yanvarın 1-ə dövlət borcu 13,471 milyard manat səviyyəsində qiymətləndirilir. Beləliklə, büdcə kəsirini ödəmək üçün dövlətin maliyyə borclarının məbləği ötən il 26,2% artıb.
İqtisadçı Rövşən Ağayev qeyd edir ki, 1 milyard dollardan çox olan daxili dövlət borcu çox xeyli azaldılıb. Bu rəqəm reallığı əks etdirmir, çünki dövlətinə məxsus “Agrarkredit”in istiqrazlarını buraxaraq Mərkəzi Bankda 2040-cı ilə qədər müddətə 10 milyard manat məbləğində kredit götürülüb.Bu borcun qaytarılması üçün məsuliyyət Maliyyə Nazirliyinə aiddir. “Bu nədir, daxili borc deyil?”, – deyə iqtisadçı soruşur.
Xatırladaq ki, bankın bankın özəlləşdirilməsinə hazırlaşması üçün maliyyə vəziyyətinin sağlamlaşdırılması barədə 15 iyul 2015-ci il tarixli fərmana əsasən, dövlət “Agrarkredit” BOKT dövlət təminatlı istiqrazlar buraxıb və əldə edilən vəsaitlə ABB-nin qiymətdən düşmüş və / və ya yüksək riskli aktivlərini alır. Tədbirlər nəticəsində ABB-nin “Aqrarkredit”ə verilən zəhərli aktivlərinin ümumi məbləği 2017-ci ilin sonuna 14,7 milyard manat təşkil edib. Xarici borca gəlincə, rəsmi məlumatlara görə, ölkənin ehtiyatları beynəlxalq öhdəliklərdən 2,3 dəfə çoxdur. Lakin bu məlumat ekspert dairələrində şübhə doğurur, çünki rəsmi mənbələr alınan və mənimsənilən xarici kreditləri hesaba alır, veriləcək kreditlər üzrə borc öhdəliklərini belə hesab etmir.
SOCAR-ın hesabatlarının şəffaflığı da normal deyil. Çünki şirkət ümumi rəqəmlər verir, aktivlərin idarə edilməsi, dividendlər barədə məlumatlar yoxdur. Dövlət Neft Şirkətinin sərmayələrinin nə qədər gəlirli olması, xərclərini çıarıb-çıxarmadığı barədə demək çətindir. Müstəqil ekspertlərin fikrincə, Azərbaycanın xarici borcu ölkə ÜDM-nin yarısından artıqdır, amma dəqiq məlumat yoxdur, çünki dövlət şirkətlərinin borcları barədə dəqiq məlum verilmir. Şəffaflığın olmaması aktivlər və ölkənin öhdəlikləri arasında fərqə görə beynəlxalq investisiya mövqeyini təhlil etməyi çətinləşdirir Geri qayıt |