Əsas Səhifə > İqtisadiyyat, Slayd > 115 milyard gəlir olub -
115 milyard gəlir olub -1-10-2015, 15:19 |
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb. “Qafqazinfo” azadliq.info-ya istinadən xəbər verir ki, ARDNF-in yaydığı məlumata görə, bu ilin yanvar-sentyabr aylarında AÇQ yataqları üzrə fond 5 milyard 225 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 274 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Ümumiyyətlə, 2001-ci ildən etibarən AÇQ yataqlar bloku üzrə 115 milyard 376 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2 milyard 394 milyard ABŞ dolları həcmində gəlir əldə olunub. Hazırda Neft Fondunun 35 milyard dollar ehtiyatı qalıb. Geri qayıt |