Əsas Səhifə > İqtisadiyyat > 190 manatlıq ödəmə ilə bağlı şad xəbər - Bu rayonlara da

190 manatlıq ödəmə ilə bağlı şad xəbər - Bu rayonlara da


3-07-2020, 21:40

190 manatlıq birdəfəlik ödəmələrin karantin tətbiq olunan bütün rayonlardakılara da verilməsinin tətbiq olunması müzakirə olunur və bu barədə qərar qəbul olunacaq.

Yenisabah.az xəbər verir ki, bunu  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

O qeyd edib ki, artıq narıncı zonadakı 8 rayon üzrə ödənişlər təmin olunacaq. Onun sözlərinə görə, ödənişlər 2 -3 gün ərzində hissə-hissə verilməyə başlanılacaq. 

 


Geri qayıt