Əsas Səhifə > İqtisadiyyat > QURBAN bayramında 4 gün İŞ

QURBAN bayramında 4 gün İŞ


21-07-2020, 23:51

Qurban bayramında 4 gün qeyri-iş günü olacaq.

 Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Beləliklə, 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq. /Modern.az


Geri qayıt