Əsas Səhifə > İqtisadiyyat > Rusiyanın ən böyük özəl şirkəti – 101 min işçi, 7,8 trilyon gəlir,

Rusiyanın ən böyük özəl şirkəti – 101 min işçi, 7,8 trilyon gəlir,


17-09-2020, 19:13

Rusiyanın 200 ən iri özəl şirkətinin adı açıqlanıb. Modern.az Rusiyanın “Forbes” jurnalına istinadən xəbər verir ki, ölkənin ən böyük şirkəti “Lukoyl” olub.

Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun 1993-cü ildə əsasını qoyduğu şirkət əsas göstəricilər üzrə liderdir. Belə ki, neft-qaz sektorunda fəaliyyət göstərən “Lukoyl” şirkətində 101 min 400 işçi çalışır. 2019-cu ildə şirkətin ümumi gəlirləri rekord 7,841 trilyon rubl təşkil edib.

 Rusiya neftinin 14,6%-ni hasil, 15,4% emal və 16,4%-nin kəşfiyyatını aparan şirkət daha 10 ölkədə fəaliyyət göstərir.

Dün ya neftinin 2%-ni çıxaran şirkət 8 neft emaklı zavodu və 6 qaz emalı zavoduna malikdir. Şirkət yaxın illərdə neft hasilatını 87 milyon tondan 100 milyon tona çatdırmağı planlaşdırır.

 Bundan başqa, şirkətin 19 ölkədə 5 044 yanacaqdoldurma məntəqəasi var. Son illər Vahid Ələkbərovun başçılıq etdiyi şirkət bərpa olunan elektrik enerjisinə maraq göstərir.


Geri qayıt