Əsas Səhifə > İqtisadiyyat > Füzulidə yeni su anbarı tikilir – Böyük əkin sahələrini suvarmaq

Füzulidə yeni su anbarı tikilir – Böyük əkin sahələrini suvarmaq


16-06-2021, 15:35

Azərbaycan Melorasiya və Su Təsərrüfatı Nazirliyinin balansında olan Aşağı Köndələnçay su anbarının üzərində tikinti işləri həyata keçirilir.

 "AzerTaym.az" bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycan Melorasiya və Su Təsərrüfatı” ASC-nin Füzuli suvarma sistemləri idarəsinin baş mühəndisi Atakişi Babayev deyib.

O bildirib ki, 1951-ci ildə istismara verilən Köndələnçay 1-ci su anbarının ümumi tutumu 2,1 milyon kub metr təşkil edir: “1962-ci ildə isə Köndələnçay-2 su anbarı inşa olunub ki, o da 2,9 milyon kub metr su tutuma malikdir. Baxış keçirdiyimiz Aşağı Köndələnçay su anbarlnın ümumi tutumu 9,5 milyon kub metrdir. Bəndin uzunluğu 925 metr, hündürlüyü 25 metrdir. Su anbarının güzgü səthinin sahəsi 1,53 kvadrat kilometrdir”.

A.Babayevin sözlərinə görə hər 3 su anbarının qidalandırıcı mənbəyi Köndələnçaydır: “Aşağı Köbdələnçay su anbarına əlavə qidalandırıcl mənbə olaraq Köndələnçaya paralel mövsümi olaraq Füzuli rayon ərazisindən keçən Quruçayın üzərində qurulub. Burada su buraxma qabiliyyəti 20 kub metr saniyə olan bu hidroqovşaq inşa edilib. Bundan da Aşağı Köndələnçay su anbarını qidalandırıcı mənbə kimi istifadə edilir.

3 su anbarıbın ümumi tutumu 15,5 milyon kub metrdir. Bununla da 6200 hektar əkin sahəsini suvarmaq mümkündür. Hazırda təmir-bərpa işlərinin gedişinə əngəl olan minalanmış ərazilər tam olaraq təmizlənib. Qiymətləndirmə işləri də başa çatıb. Su anbarında təmir işləri ilin sonunadək yekunlaşacaq”.


Geri qayıt