Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanda aviasiyanın inkişafına

Azərbaycanda aviasiyanın inkişafına


23-10-2015, 12:40

 

 

Bu illər ərzində 4 yeni hava limanı tikilib, mövcud 2-si isə modernləşdirilib

 

“Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar yatırılıb”.

 

“APA-Economics” xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclasında çıxışı zamanı deyib.

 

"Son 10 ildə Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar ayrılıb. Bu illər ərzində 4 yeni hava limanı tikilib, mövcud 2-si isə modernləşdirilib. Bundan başqa, helikopter və təyyarə parkları yenilənib, ölkəyə ən müasir təyyarələr gətirilib”, - deyə A. Şərifov qeyd edib.


Geri qayıt